Kanada İrana yeni sanksiyalar tətbiq etdi 

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bu, Kanadanın İranda insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi dördüncü sanksiyalar paketidir.

 

Məlumata görə, sanksiyalar siyahısına silahsız etirazçıların yatırılmasında və həbsində iştirak etməkdə yüksək vəzifəli məmurlar və İranın Hüquq-Mühafizə Qüvvələri də daxil olmaqla dörd fiziki şəxs və iki qurumu daxil edilib 

 

Akif İsmayılov 

Mənbə

Share: