“Şəhərin 80 faizi atəşlərdən sonra susuz qalıb”

“Paytaxtın 350 min mənzilində insanlar elektriksiz qalıb…”

 

“Terrorçuların hədəfləri hərbi obyektlər deyil, mühüm mülki infrastrukturdur…”

 

“Bu gün Ukraynaya yağdırılan 50 raketdən 44-ü vurulub…”

 

Ukraynanın infrastrukturuna yağdırılan Rusiyanın qanadlı raketlər qasırğası Kiyev sakinlərinin 80 faizini su təchizatından məhrum edib.

 

Moderator.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko özünün “Telegram-kanal”ında məlumat verib.

 

Kiyev yaxınlığında enerji obyektinin zədələnməsi su təchizatı infrastrukturunda fasilələr yaradıb. Paytaxtın 350 min mənzilində insanlar elektriksiz qalıb.

 

“Hər ehtimala qarşı yaxın artezian quyularından və ticarət nöqtələrindən özünüzə su ehtiyatı yaradın”, – Kliçko əlavə edib.

 

Bütün Ukrayna boyunca zavodlar və su elektrik stansiyalarının  bəndləri bu gün səhər, oktyabrın 31-də, atəşlərə məruz qalıb, nəticədə Ukraynanın yeddi vilayətində yüzlərlə yaşayış məntəqəsi elektriksiz qalıb”, – bunu Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

 

Rusiyalı terrorçular yenidən Ukraynanı güclü hücuma məruz qoyub. Onların hədəfləri hərbi obyektlər deyil, mühüm mülki infrastrukturdur”, – o, yazıb.

 

Nazir bəyan edib ki, 50 raketdən 44-ü vurulub. Vurulan raketlərdən birinin qalıqları Moldovanın Ukrayna ilə sərhəddə yerləşən qəsəbəsinə düşüb, maddi ziyan vurulub, qurbanlar olmayıb.

 

Hər şeydən göründüyü kimi, Rusiyanın zərbəsi

əvvəlcə Ukraynadan, sonra Moldovadan keçən Dnepr çayındakı Ukraynanın bəndinə yönəlib.

 

“Su infrastrukturuna hücumlar və sonradan çaya olan yükün artması bütün regionda daşqınlar təhlükəsi yarada bilər”, – bunu isə Moldovanın xarici işlər naziri Nikolay Popesku deyib

Mənbə

Share: