Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.

 

Bildirilib ki, təkcə dekabr ayında 3 seminar təşkil olunub ki, bu tədbirlərdə də ümumilikdə 92 məşqçi-müəllim iştirak edib. 

İclasda həmçinin AKF-in regionlar üzrə nümayəndəliklərin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə edilib. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək. 

Toplantı zamanı AKF-də fəxri prezidentlik institutunun yaradılması məsələsi də müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib. 

İclasın sonunda tamamlanma mərhələsində olan AKF-in rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.

Mənbə

Share: