Keçid balları düşəcək? – AÇIQLANDI

“Son günlər sosial şəbəkələrdə bəzi xəbərlər paylaşılır. Bəziləri bildirir ki, ballar qalxacaq. Bəziləri isə əksinə balların enəcəyini bildirir. Amma bu heç də deyildiyi kimi deyil”.

 

Moderator.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında təhsil üzrə ekspert Adil Vəliyev deyib. Ekspert bildirib ki, bəzi ixtisasların balları qalxır, bəziləri isə enir:

 

“Amma hansı ixtisasın balının qalxması və ya enməsini ancaq blok imtahanının nəticəsindən sonra bilirik. Bu qruplar daxilində ümumi vəziyyətdən aslıdır. Statistikaya görə biz balların qalxacağını və ya enəcəyini müəyyən edə bilərik”.

 

Adil Vəliyev qeyd edib ki, indi ki halda yeni universitetlərin açılması, universitetlərin plan yerlərinin artırılması balların enməsinə səbəb kimi göstərilə bilər:

 

“Amma bir şeyi də nəzərə almaq lazımdır ki, bu il abituriyentlərin sayı keçən illərin sayından artıqdır”.

Mənbə

Share: