Kerem Bürsin koronavirusa yoluxdu

Türkiyəli məşhur aktyor Kerem Bürsin koronavirusa yoluxub.

 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Bir neçə gündür reklam çəkilişləri ilə məşğul olan aktyor dünən “Mavi mağara” filminin çəkilişlərinə getməyə hazırlaşarkən xəstələnib.

 

Analizləri aparılan futbolçuda koronavirus aşkarlandıqdan sonra çəkilişlər təxirə salınıb.

Çəkilişləri aprelin 2-də başlayacaq filmdə “Cem” adlı əsgəri Kerem Bürsin canlandıracaq. Filmin rejissoru Altan Dönmez olacaq. İstanbulda başlayacaq “Mavi Mağara”nın çəkilişləri Kaşda davam edəcək.

 

Qeyd edək ki, baş rollarda Kerem Bürsin və Devrim Özkan yer alacaq.

Mənbə

Share: