Kimə heç bir halda pivə içmək olmaz və nəyə görə?

“Pivə dünyada ən populyar içkidir, onu ən çox braziliyalılar, amerikalılar və çinlilər içir, Avropada birinci yeri çexlər tutur…”

 

Polyaklar da spirtli içkilərdən ən çox pivəni xoşlayır. Bu, ölkəmizdə ən populyar içkidir. Lakin pivə hamıya uyğun deyil.

 

Elə adamlar var ki, heç vaxt pivə içməməlidir. Həkim belələrini altı qrupa bölür.

 

Sizin də bu qruplarda olduğunuzu mütləq yoxlayın. Bu, çox vacibdir.

 

Moderator.az xəbər verir ki, bu barədə Polşanın “Onet.pl” nəşri yazıb.

 

Pivə ən populyar alkoqoldur

 

Pivə dünyada ən populyar içkilərdəndir. Onu ən çox braziliyalılar, amerikalılar və çinlilər içir. Avropada birinci yeri çexlər tutur. Polyaklar da bu içkini xoşlayır. Pivə ölkəmizdə ən populyar alkoqoldur.

 

Polyakların Milli sağlamlıq testinin nəticələri göstərib ki, qadınların 68, kişilərin 89 faizi pivəni seçir. Hər gün bu içkidən alkoqol qəbul edənlərin 5 faizi istifadə edir, 10 faiz həftədə iki dəfə pivə içir.

 

Xatırladaq ki, alkoqolun sağlamlıq üçün tam təhlükəsiz dozası mövcud deyil. Yalnız aşağı risklə bağlı miqdarından danışmaq olar. Amerikalılar gündə qadınlar üçün maksimum bir alkoqol içkisi, kişilər üçün iki alkoqol içkisi tövsiyə edir.

 

Pivə üçün bu, 0, 36 litr (tərkibində 5 faiz alkoqol olan) deməkdir. Lakin bu o demək deyil ki, alkoqolu hər gün içmək olar. Bu məsləhət gün ərzində alkoqolun istifadə limitidir.

 

İkinci vacib məqam. Polyaklar pivəni xoşlasalar da, bu, hamı üçün yararlı deyil. Adamlar var ki, öz rifahı naminə heç vaxt pivə içməməlidir. Bunlar kimlərdir?

 

Diabet və ya diabetdən öncəki xəstəliyi olanlar pivədən imtina etməlidir

 

Biz tez-tez pivənin tərkibində nə qədər şəkər olduğu ilə maraqlanırıq. Onun inqridiyentlər siyahısında heç də həmişə olmamasına rəğmən, o, taxılın fermentasiyası zamanı təbii yolla əmələ gəlir. Nəticəsi?

 

“Pivə tez bir zamanda pasiyentin qanında şəkərin miqdarını artıra bilər (hiperqlikemiya),  acqarına istifadə edildikdə tez bir zamanda insulinin miqdarını artıra bilər və qanda şəkərin miqdarını azaldır ki. (hipoqlikemiya), bu da təhlükəlidir”, – qastroenteroloq, doktor Conatan Kunq xəbərdarlıq edir. Yadda saxlayın ki, pivə yüksək qlikemik indeksə malikdir və 110 vahid təşkil edir! 

 

Çəkiniz artıqdır, siz arıqlamaq istəyirsiniz? Pivə içməyi dayandırın!

 

Pivə düşündüyünüzdən kalorilidir. Bir banka pivədə (təxminən 0, 35 litr) “az qida dəyəri olan 100-200 kalori var”, – dokor Kunq deyir. Bu, sizə o qədər də çox görsənməyə bilər, lakin əgər siz 2 minlik kaloriyə riayət edirsinizsə, o zaman bu, gündəlik limitin 10 faizi deməkdir. Alkoqol həmçinin iştahanı artırır və yemək istəyi yaradır, bu isə gündəlik kalorini artırır və nəticədə bədən çəkisi də artır.

 

Pivə və seliakiya, qlyutenə həssaslıq 

 

Qlyutensiz pəhrizə riayət etməyə məcbur olan adamlar pivədən yan keçməyə çalışmalıdır, əks halda onlar həzmlə bağlı problemlər- qarnın köpməsi, qazların əmələ gəlməsi, ağrılarla üzləşə bilər.

 

“Pivənin tərkibində çox vaxt qlyuten var, bu da bir çox pasiyentlərdə bağırsaqda iltihabi reaksiya törədə bilər, bu da mədə-bağırsaq əlamətlərini yarada bilər”, – doktor Conatan Kunq izah edib.

 

Qıcıqlanmış bağırsaq sindromu zamanı pivəni içməmək daha yaxşıdır

 

Alkoqol mədə-bağırsaq yolunun selikli qişalarını qıcıqlandırır. Qıcıqlanmış bağırsaq sindromu olan insanlar xüsusilə xoşagəlməz nəticələrdən əziyyət çəkir.

 

Bəziləri təsdiq edir ki, alkoqol bu əlamətləri, xüsusilə qazlar, köp, ağrı və ya diareyanı (ishal) gücləndirir. Doktor Kunq deyib ki, bəzilərində mayenin lənğiməsi baş verə bilər.

 

Pivə qaraciyər xəstəlikləri, o cümlədən sirrozu olanlara uyğun gəlmir

 

Əgər qara ciyəriniz xəstədirsə, pivədən və ya hər hansı başqa alkoqoldan yan keçin. “Pivə artıq qıcıqlanmış qara ciyərlə mübadilə edərək, onun zədələnməsini gücləndirə bilər”, – Kunq xəbərdarlıq edir.

 

Qıcqırma: pivə qadağan olunmuş məhsullar siyahısındadır

 

Yağlı, çətin həzm olunan, qızardılmış qida qıcqırması olan adamlara uyğun gəlmir. Doktor Kunqun fikrincə, bu siyahıya pivəni və digər alkoqollu içkiləri də əlavə etmək lazımdır. Pivədən sonra qida borusunda yanma hissi yaranır?

 

İzah edək. Spirtin tərkibində olan maddələr əzələləri, o cümlədən qida borusunun aşağı sfinkterinin əzələsini boşaldır. Yaddan çıxarmaq olmaz ki, alkoqol mədə şirəsinin ifrazını artırır, bu da problemi pisləşdirir.

Mənbə

Share: