Kiyev ABŞ-ın çağırışına məhəl qoymamalıdır

Kiyev Rusiyadakı neft emalı zavodlarına hücumların dayandırılması çağırışlarına məhəl qoymamalıdır.

 

Bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

 

“Bu zavodlara hücumlar Kremlin Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını azaldır. Neftayırma zavodlarına hücumlar Rusiyanı həm də müharibə aparmaq üçün lazım olan yanacaqdan məhrum edir”, – Hoces bildirib.

 

Qeyd edək ki, ABŞ-ın Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələrdən çəkinməyə çağırdığı haqda məlumat yayılmışdı. Bildirilirdi ki, bu çağırış dünyadakı neft qiymətlərinə təsirlə bağlıdır.

Mənbə

Share: