“Korrupsiyaya qarşı effektiv mübarizəni şərtləndirən ən birinci amil odur ki…”

Əliməmməd Nuriyev: “Fərdlərlə yanaşı, korrupsiyaya yol açan səbəblərin də diqqətə alınması vacibdir”

 

“Azərbaycanda korrupsiyaya qarşı mübarizədə ciddi siyasi iradə mövcuddur”.

 

Bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun  prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib. O, qeyd edib ki, korrupsiyaya qarşı effetiv mübarizə buna əl atan şəxslərlə yanaşı, həm də bu neqativ hala yol açan səbəblərə qarşı mübarizəni tələb edir:

 

“Korrupsiyaya qarşı mübarizə dövlətimizin prioritet istiqamətlərindən biri elan edilib. Bu istiqamətdə ardıcıl olaraq addımlar atılıb, bir sıra islahatlar həyata keçirilib. 2022-2026-cı illər ərzində korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün Milli Fəaliyyət Planı mövcuddur və burada 5 priorotet istiqamət, 60 tədbir nəzərdə tutulub. Bu tədbirlərin icrası istiqamətində real addımlar atılmaqdadır.

 

Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərindən biri də buna şərait yaradan səbəbləri aradan qaldırmaqdır. Bu proses korrupsionerlərin məsuliyyətə cəlb edilməsi ilə paralel şəkildə həyata keçirilir. Bu istiqamətdə bütün əalqədar qurumlar – Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, DTX və DİN ardıcıl mübarizə ortaya qoyur. Məhz görülən bütün bu tədbirlər nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizədə böyük uğurlara nail olunub.

 

Dövlətimiz bu mübarizəni bundan sonra da eyni əzmkarlıqla davam etdirməkdə qərarlıdır və bu məsələdə fərd olaraq, cəmiyyət olaraq hər birimiz dövlətimizə dəstək olmalıyıq”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: