Krıma raket zərbəsi – 17 hərbçi yaralanıb

Krıma raket zərbəsi – 17 hərbçi yaralanıb

Rusiya işğalındakı Ukrayna ərazisi olan Krımda 17 nəfərin yaralandığı və 5 texnikanın zərər gördüyü raket hücumu barədə məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumatlarda Ukrayna tərəfi ittiham olunub.

İddialara görə, atılan ATACMS raketi olub. Rusiya bunu rəsmən təsdiqləməyib. Ukrayna tərəfindən heç bir reaksiya yoxdur.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Share: