KTMT hərbi blok funksiyasını dəyişir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı klassik hərbi-siyasi blokdan çoxfunksiyalı regional struktura transformasiya edir.

Milletinsesi.az xəbər verir ki, bunu Belarusun Ermənistandakı səfiri İqor Nazarçuk “Regional təhlükəsizliyin təminatında KTMT-nin rolu” dəyirmi masasında çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, KTMT üzv ölkələrin təhlükəsizliklə bağlı kompleks məsələlərinin həllini təmin etmək gücündədir. O, Belarus üçün KTMT dövlətlərinə münasibətdə koordinasiyalı informasiya siyasətinin çox vacib olduğunu bildirib.

 

Share: