Məmmədyarov Zaxariyeva ilə görüşdü

Bolqarıstan baş nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxariyeva Bakıda səfərdədir.

Report xəbər verir ki, səfər çərçivəsində Y.Zaxariyeva Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

Tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, səfər iyunun 25-dək davam edəcək. Səfər çərçivəsində həmçinin hökumət başçısı Novruz Məmmədov və Milli Məclisin Sədri Oqtay Əsədovla görüşlər də planlaşdırılır.

 

Share: