Mbappe bu oyunu buraxacaq

PSJ-nin futbolçu Klilian Mbappe Fransa Superkubokunda “Nant”la oyunu buraxacaq.

Milletinsesi.az klubun saytına istinadən xəbər verir ki, onun adı sözügedən görüş üçün iştirak ərizəsində yer almayıb. Fransalı hücumçu ölkə çempionatında ötən mövsüm 3 sarı vərəqə limitinə görə cəzalı duruma düşdüyü üçün Superkubok qarşılaşmasında oynamayacaq.

Qeyd edək ki, PSJ – Nant matçı iyulun 31-də Təl-Əvivdə (İsrail) “Blumfild” stadionunda keçiriləcək.

Share: