Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Kuril adaları məsələsi üzrə açıqlama verib.
Milletinsesi.az xəbər verir ki, Medvedyev Yaponiyanın baş naziri Sanae Takaçinin Kuril adalarının tarixən Yaponiyaya məxsus olması ilə bağlı sözlərini tənqid edib.
O bildirib ki, Kuril adaları Rusiyanın ərazisi olub və belə də qalacaq. Medvedyev əlavə edib ki, bunu anlamayan hər kəs dəhşətli nəticələr ilə üzləşəcək.
Bu açıqlama Rusiya prezidenti Vladimir Putinin Kuril adalarına səfərindən sonra Yaponiyanın Moskvaya etiraz bildirməsi fonunda səslənib.Publika.az


