Metroda problem yarandı

Bakı metrosunda qatarın hərəkətində nasazlıq yaranıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə təlimat tələbinə uyğun olaraq”Ulduz” stansiyasında dayanıb və sərnişinləri düşürdülüb:

“Qatar texniki baxış üçün “Neftçilər” stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə yubanma olub”.

instagram volgers kopen

Share: