Miçotakis, səhv eləsən, çılğın türklər gələcək

“Bax, Miçotakis, eşitmişəm ki, sağda-solda danışırsan. Bunu yaxşı bil, əgər səhv eləsən, çılğın türklər gələcək, bunu biləsən”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Esenyurtdakı təməlqoyma mərasimindəki çıxışında deyib.

 

“Deyirlər ki, Türkiyə “Tayfun” adlı raket istehsal edib. Bunu Afinaya atsa, nə olar? Bizim Afinaya raket atmaq niyyətimiz yoxdur. Yetər ki, ağıllı olun. Adaları silahlandırsanız, boş duracağıq?”, – deyə Ərdoğan bildirib.

 

Türkiyənin təhsil sahəsindəki uğurlarından danışan ölkə prezidenti müvafiq sahədə büdcənin artırıldığını deyib.

 

O, müxalifətdən də danışıb: “Bilirsiniz, açılış mərasimlərinə çox qatılmıram. Kemal Kılıçdaroğlu isə su kranı açılmağına da gedir”.

Mənbə

Share: