“Microsoft” 10 min işçisini ixtisar edəcək

ABŞ-ın “Microsoft” korporasiyası 2023-cü ildə 10 min əməkdaşını ixtisar edəcək.

 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəsmi məlumatında deyilir.

 

İxtisarlar ümumi işçi bazasının 5 %-ə yaxınını əhatə edəcək.

 

Şirkət bu cür addım atmasını dünya iqtisadiyyatının yavaşlaması, həmçinin istehlakçıların pandemiyadan sonra rəqəmsal məhsullara xərcləmələrinin azalması ilə əsaslandırır.

Mənbə

Share: