“Milan”dan “Valensiya”ya keçdi

“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Milletinsesi.az İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, “yarasalar” “Milan”dan Samuel Kastilyexonu transfer edib.

27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kastilyexo 2018-ci ildən “Milan”da çıxış edirdi. O, bu komanda ilə 113 oyunda 10 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Share: