“Milan”ın daha bir futbolçusu koronavirusdan sağaldı

“Milan”ın futbolçusu Leo Duarte koronavirusdan sağalıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin koronavirus testi mənfi çıxıb. Onun artıq məşqlərə başladığı bildirilib.

Qeyd edək ki, Duarte 22 sentyabrdan karantində idi.

Xatırladaq ki, bundan əvvəl koronavirusa yoluxan Zlatan İbrahimoviç koronavirusdan sağalmışdı.

Share: