“Ən çətini ukraynalı olmaq,.”

“Siz bizim ən dəyərli varlıqlarımızsınız. Hər bir kişimiz və hər bir qadınımız…”

Zelenski Ukraynanın müdafiəçiləri Günü ilə bağlı hərbçiləri təbrik edib

“Bugünkü düşmən bizim dövlətçiliyimizin bütün düşmənlərini birləşdirir və bu düşmən üzərində qalib gəlməklə bütün düşmənlərimizə cavab verəcəyik…”

“Ən çətini ukraynalı olmaq və qatillər arasında ukraynalılığını qoruyub saxlamaqdır…”

“Düşmən bizim şəhərlərimizə zərbə vura bilər, amma bizim fəlsəfəmizə qarşı heç nə edə bilmir…”

“Ukraynalılar sığınacaqlarda mahnı oxuyur, çünki biz öz azadlığımızı, öz torpağımızı, öz ruhumuzu qoruyuruq…”

Ukrayna öz xalqı və dövlətinin yaşamaq haqqı uğrunda savaş aparır və qalib gələcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna müdafiəçiləri Günü münasibətilə öz müraciətində bəyan edib.

Müraciət oktyabrın 14-də prezident Ofisi tərəfindən yayımlanıb.

Prezident öz videomüraciətini Kiyev vilayətinin Vitaçev kəndində Dnepr çayının sahilində yazdırıb, bununla da vurğulayıb ki, burada ən qədim Rusiya-Ukrayna forpostlarından biri olub və Andrey Pervozvannı ilk xaçını qoyub. Bu sulardan kazak qağayıları keçib.

“Bu sahillər müxtəlif qəsbkarlar və qəhrəmanlar görüb. Bu yer minilliklərdən çox tariximizin və onun mühüm ibrət dərsinin şahididir. Ukrayna torpağını zəbt edib əsarət altına almaq istəyiblər. Ukrayna xalqını fəth edib məhv etmək istəyiblər. Min il də bundan öncə və XX əsrdə də. Müxtəlif dövrlər, müxtəlif təhlükələr olub. Lakin Ukrayna tab gətirib”, – o, deyib.

Ukraynanın dözümlülüyünün səbəbi onu müdafiə edən kişi və qadınlarıdır, öz yaşamaq hüququ uğrunda mübarizə aparan xalqdır, prezident deyib.

“Oktyabrın 14-də biz Ukraynanın kişi və qadın müdafiəçilərinin Gününü qeyd edirik. Keçmişdə və indi Ukrayna uğrunda vuruşanlara çox sağ ol deyirik. O zaman qalib gələnlərə və bu gün də mütləq qalib gələcəklərə çox sağ ol deyirik. Biz qalib gələcəyik və bu, xalqımızın bir çox nəsillərinin mübarizəsinin növbəti qələbəsi olacaq. O xalqın ki, həmişə ən çox istədiyi

özü və öz övladları üçün azadlıq olub”, – Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna öz tarixində həm “nasist, həm də raşist işğalına qarşı döyüşüb”.

“Bugünkü düşmən, deyəsən, bizim dövlətçiliyimizin bütün düşmənlərini birləşdirir. Bu düşmən üzərində qələbəmizlə biz Ukraynaya və bizim torpağımızda yaşamış, yaşayan və yaşayacaq hər kəsə qəsd edən bütün düşmənlərimizə cavab verəcəyik. Bu, bütün xalqımızın qələbəsi olacaq”, – dövlət başçısı əmin edib.

Zelenski vəd edib ki, Ukrayna heç kimi Rusiya əsirliyində saxlamayacaq.

“Ən çətini ukraynalı olmaq və qatillər arasında ukraynalılığını qoruyub saxlamaqdır. Amma biz unutmuruq. Biz xatırlayırıq və hər bir qəhrəmanınızı geri qaytarmaq üçün hər şey edirik”, – o, bəyan edib.

Dövlət başçısı əlavə edib: dünya ukraynalıların bütün hallarda öz insanlıqlarını itirmədiklərini görür.

“Düşmən bizim şəhərlərimizə zərbə vura bilər, amma ləyaqətimizə heç vaxt zərbə vura bilməz. Raşistlər muzeyləri, onlarla kilsəni, yüzlərlə məktəb və uşaq bağçalarını yandırıb…Amma onlar bizim fəlsəfəmizə, ukraynalıların uşaqlıqdan eşitdikləri, gördükləri və bildiklərinə qarşı heç nə edə bilmir”, – Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya raketləri ukraynalıları hələ sığınacaqlara qova bilər, “lakin insanlarımızdan heç kim orada əsmir”.

“Ukraynalılar sığınacaqlarda mahnı oxuyur. Biz öz azadlığımızı qoruyuruq. Öz ruhumuzu, öz torpağımızı qoruyuruq. Biz terrora qalib gələn xalqıq. Milyonlarla insan öz yerində həlledici günü-Qələbə gününü yaxınlaşdırır. Azadlığımız uğrunda savaşda Qələbə gününü. Həm xalqın, həm də Ukrayna adlı dövlətin yaşamaq haqqı uğrunda savaşda qələbə gününü yaxınlaşdırır”, – Zelenski qeyd edib.

Prezident əmindir ki, Ukraynanın gələcəyi konkret insanlardan asılıdır.

“Elə indi birbaşa səngərlərdə və döyüş postlarında olanlardan asılıdır. Oğullar, qardaşlar və analar. Ukrayna kişiləri və qadınları, əsas sözlərimi onlara deyirəm. Siz bizim ən dəyərli varlıqlarımızsınız. Hər bir kişimiz və hər bir qadınımız”, – dövlət başçısı deyib.

O, əlavə edib ki, ölkənin hər bir müdafiəçisinin arxasında Ukrayna və onun bugünkü qəhrəman günlərinədək “Ukrayna döyüşçüsünü həmişəlik düzgün məcraya yönəltmək üçün” əsrlərdən keçib gələn tariximiz dayanır.

“Mən bilirəm ki, Ukrayna döyüşçüsü üçün çox ağırdır. Bilirəm ki, düşmən  sənə təzyiq edir. Mən bilirəm onlar nə törədir. Amma onu da bilirəm ki, sən möhkəmsən, biz sənin daha da möhkəm olmağın üçün hər şey edəcəyik. Sənin daha inamlı olmağın üçün hər şey edəcəyik. Mən bilirəm ki, imkanın daxilində qələbəni yaxınlaşdırırsan və biz onu sürətləndirmək üçün hər şeyi edəcəyik”, – Zelenski əmin edib

Mənbə

Share: