“Namiqdən diqqətçəkən performans”

Bursanın “Olay” qəzeti “Bursaspor”da çıxış edən millimizin üzvü Namiq Ələsgərovla bağlı yazı hazırlayıb.

Qol.az xəbər verir ki, “Namiqdən diqqətçəkən performans” adlı yazıda 26 yaşlı oyunçunun son matçlardakı uğurlu çıxışı diqqətə çatdırılıb. Bildirilib ki, o, uyğunlaşma prosesini bitirdikdən sonra komandaya daha çox fayda verməyə və vurduğu qollarla qələbələrdə önəmli rol almağa başlayıb.

 

 

 

Yazıda Namiqin “Bursaspor”la Türkiyə 1-ci liqasında çıxdığı 11 matçda 825 dəqiqə oynadığı və 3 qol və 4 qol ötürməsi verdiyi xatırladılıb.  Namiqin 3 qolunu  “Balıkəsir”, “Kocaeli” və “Dənizlispor”la səfər matçlarında vurduğu qeyd edilib. Onun  “Samsunspor” (2 qol ötürməsi), “Boluspor” və “İstanbulspor”da görüşlərdə 4 qol ötürməsi ilə yadda qaldığı bildirilib. Namiqin qol vurduğu 3 matçın 2-də “Bursaspor”un qələbə qazandığı (“Balıkəsir” və “Dənizlispor”), 1-də isə uduzduğu (“Kocaeli”) yazılıb.  Ələsgərovun qol ötürməsi verdiyi  “Samsunspor” və “Boluspor”la görüşlərdə komandasının qalib gəldiyi,  “İstanbulspor”a isə məğlub olduğu diqqətə çatdırılıb.

Yazıda millimizin üzvünün oyundan-oyuna daha yaxşı forma yığdığı bildirilib.

Share: