“Naxçıvan üçün yeni dönəm başlayır”

Naxçıvanına yeni təyin olunan Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

 

Bu sözləri ekspert, ictimai fəal Hacı Ələsgərov bildirib

 

“Onu uzun illərdir ki, tanıyıram. Allah onun yolunu açıq eləsin. Bu qərarla da Naxçıvanda yeni dönəm başlayır. Fuad Nəcəfli tanıdığım ən intellektual şəxsiyyətlərdəndir. Və inanıram ki, didərgin düşən vətəndaşlarımız öz doğma yurdlarına geri dönəcəklər. Gözləri aydın olsun naxçıvanlıların. Onlar üçün yeni işıqlı günlər başlayır. Mən Fuad müəllimin potensialına bələdəm. İşgüzar, intellektual və xalqın içindən çıxan şəxsdir”.

 

Ekspert bu günlərdə Naxçıvanda Fuad Nəcəfli ilə görüşdüyünü qeyd edib. 

 

“Onu canlı təbrik etmək imkanım oldu. Bu günə qədər bir sıra rəhbər şəxslərlə görüşmüşəm. İşlə bağlı mənim görüşlərim çox olur. Fuad Nəcəfli sadəliyi və təvazökarlığı ilə seçilir. İnanıram ki, cənab prezidentin etimadını yüksək səviyyədə doğruldacaq. Ona uğurlar arzulayıram”.

Mənbə

Share: