Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri ölüb

 

Nepalda qəzaya uğrayan “Yeti” Hava Yollarına məxsus “ATR 72” tipli təyyarənin göyərtəsində olan bütün sərnişinlər ölüb.

Bu barədə “TASS”a şirkətin nümayəndəsi Pemba Şerpa bildirib.

“Hər kəs ölüb – 68 sərnişin və 4 ekipaj üzvü. Təyyarədə olanların hamısı həlak olub”, – deyə Şerpa bildirib.

O, sağ qalanlarla bağlı məlumatların yalan olduğunu bildirib.

Qeyd edək ki, pilot yaşayış məntəqəsinə düşməmək üçün layneri dərəyə istiqamətləndirib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Sərnişinlərdən 15-i Rusiya, Avstraliya, Fransa, Argentina, Hindistan, Cənubi Koreya və İrlandiya vətəndaşı olub.

Mənbə

Share: