Türkiyədə dörd ayaqlı cücə doğuldu

 

Türkiyədə 4 ayağı olan toyuq cücəsi dünyaya gəlib.

Milletinsesi.az “TRT Haber”ə istinadən xəbər verir ki, maraqlı olay Kahramanmaraş vilayətinin Türkoğlu rayonundakı quşçuluq fermalarından birində baş verib.

Belə ki, yeni doğulan cücələrdən birinin yeriməkdə və qidalanmaqda çətinlik çəkdiyi müşahidə olunub və yoxlayanda onun 4 ayağı olduğu ortaya çıxıb.

Kahramanmaraş bələdiyyəsinin sahibsiz heyvanların reabilitasiyası məşğul olan tibbi mərkəzinə müraciət olunub. Cücənin artıq ayaqlarının əməliyyatla çıxarılacağı bildirilib.

“Cücənin ayaqlarının artıq olması səbəbindən kürəyində ağırlıq var. Bu səbəbdən o, tarazlıq saxlaya bilmir və yeriməkdə çətinlik çəkir. Bu vəziyyət. elmi ədəbiyyatda polimeliya kimi tanınır və on mindən bir halda müşahidə olunur”, – deyə mərkəzin əməkdaşı məlumat verib.

Mənbə

Share: