“Ödəniş kartla olacaq, yoxsa nağd?” -Taksi sürücülərinin ödəniş problemi

Kartla taksi sifarişi qəbul etməyən sürücülərin dərdi nədir?

 

Gün keçdikcə ölkədə taksi şirkətlərinin sayı artır. Taksi xidməti ucuz olduğu üçün əksər vətəndaşlar taksi xidmətlərindən istifadə edir. Ancaq ki, bu xidmətdə də özbaşınalıqlar baş alıb gedir. Belə ki, xidmət sayı artsa da əsas problem hələ də qalmaqdadır: əksər taksi sürücüləri hesabı kartla ödəyən sərnişinləri daşımaqdan imtina edirlər. Buna səbəb olaraq müxtəlif problemlərlə qarşılaşdıqlarını bildirirlər. Ölkəmizdə nağdsız ödənişin səviyyəsinin artan dinamikası fonunda bu olduqca böyük problem kimi qalmaqdadır.

 

Bəs görəsən nə üçün taksi sürücüləri kartla sifariş götürmürlər? Bu məsələnin mahiyyəti nədən ibarətdir? 
 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Moderator.az-a danışdı. Bildirdi ki, bu birbaşa sərnişin -müştəri -sürücü münasibətlərinə dəlalət edir:

 

“Bu məsələnin problemini üçlükdə axtarmaq lazımdır.  Çünki bunlar arasında təmas onlayn şəkildə qurulur, əsas ödəniş kartla olan zaman şirkətin balansından keçən vəsaitin sürücü üçün əlçatan olmur. Haradasa əlavə ödəniş tutulur. Nağdlaşdırmada bir problem yarandığı üçün sürücülər bundan imtina edir. Məsələnin mahiyyəti nədir? Demək ki, ödəniş prosesin kökündə problem var. Məbləğlərin köçürülməsi sürücü üçün məbləğin daha əlçatan vasitə ilə əldə etməsində problem yaranır ki, sürücü bunu nəğd şəkildə almaq istəyir. Bu da məsələnin əsas mahiyyətini təşkil edir”.

 

Moderator.az

Mənbə

Share: