“Oğru Şoyqu və gicbəsər Baş Qərargah rəisi əvəzlənməsə, müharibəni uduzacağıq…”

“Kədərli Qirkin növbəti ildə…Ukrayna üçün nikbin proqnoz verib”

“Kuban da, Soçi də, Krım da işğal ediləcək, Qərb “dadlı” nə varsa, hamısını işğal edəcək…”

“2022-ci ildə Rusiya böyük geosiyasi məğlubiyyətə, xüsusi hərbi əməliyyat isə iflasa uğrayıb…”

“2023-cü il bütövlükdə ciddi təlatümlər ili olacaq…”

Tanınmayan “Donetsk xalq respublikası”nın sabiq “müdafiə naziri”, Niderland və Ukrayna tərəfindən cinayətkar kimi axtarılan, cəbhəyə uğursuz səfər edən İqor Stelkov-Qirkin 2022-ci ilə yekun vurub və növbəti, 2023-cü il üçün proqnoz verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “glavred.info” nəşri məlumat yayıb.

Yola saldığımız ilin “başlıca” nailiyyətləri arasında o, Rusiyanın böyük geosiyasi məğlubiyyətini və “kəndlilər üzərinə yüngül yürüş” kimi planlaşdırılan və Kiyevdə siyasi hakimiyyətin dəyişilməsinə gətirəcək “xüsusi əməliyyat”ın iflasını qeyd edib.

Rusiya ordusunun uğursuzluğunda Qirkin dövlət başçısı Vladimir Putini və ölkənin hərbi rəhbərliyini ittiham edib.

Ən çox tənqidə məruz qalan müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov olub.

“Şoyqu əməliyyatı iflasa uğradıb, ordumuzu atəşfəşanlıq və bayramlar keçirmək üçün parad müəssisəsinə çevirib…Oğru Şoyqunu və gicbəsər Baş Qərargah rəisini əvəzləməsək, müharibəni uduzacağıq”, – Qirkin deyib.

Qarşıdan gələn ilin hadisələrinə proqnoz verərkən o, bəyan edib ki, Rusiya nəinki Ukraynadan rədd olacaq, həm də öz ərazilərini itirəcək.

“Kuban da, Soçi də, Krım da işğal ediləcək. Və təkcə bunlar deyil. Hörmətli Qərb və tərəfdaş olmayanlar “dadlı” nə varsa, hamısını işğal edəcək”, – Qirkin məlumat verib.

O, həmçinin qeyd edib ki, bütövlükdə 2023-cü il həm Rusiya, həm də Ukrayna sakinləri üçün həyat şəraitinin xeyli pisləşməsi və ciddi təlatümlər ili olacaq.

Bundan öncə sabiq “nazir” Putini tənqid edərək Haaqaya yollanıb, məşhur yəhidi aparıcını duelə çağırıb, onu “2 nömrəli məmulat”a bənzədib.

Mənbə

Share: