Ordumuz erməni hərbi hissəsi məhv etdi– Video

Ermənistan hərbi birləşmələri sərhəddə Azərbaycana qarşı təxribatlar törədib və Ordumuzun şəxsi heyəti arasında itkilər baş verib.

Millətin Səsi.az xəbər verir ki, Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görüldüyünü bildirib.

Erməni Teleqram kanalları isə Azərbaycan Ordusunun 3 istiqamətdən Ermənistan hərbi birliklərinə zərbələr endirdiyini yazır. Bildirilir ki, endirilən zərbələr nəticəsində Ermənistan hərbi hissələrindən birinin “külü göyə sovrulub” (ifadə erməni Teleqram kanallarına məxsusdur – red)

Share: