“Öz rahat studiyanızı Belqoroda köçürməyi, raketlər altında işləməyi təklif edirik…”

 

“Özlərini bloger kimi göstərən çoxsaylı rəzil varlıqlar peyda olub, federal hakimiyyəti ittiham edir…”

 

“Moskva gəzintiyə olarkən Belqorod raketlərlə məhv edilir…”

 

Solovyov Belqorod sakinlərini “rəzil varlıq” adlandırıb və onlara “səslərini kəsməyi” əmr edib

 

Kremlin ən inadkar təbliğatçılarından biri olan Vladimir Solovyov Ukrayna ilə həmsərhəd olan, müntəzəm olaraq atəşlərə məruz qalan Belqorod sakinlərindən daxil olan şikayətləri “iyrənc isterika” adlandırıb. O, Belqorod sakinlərini “səslərinə kəsməyi” əmr edib.

 

Moderator.az xəbər verir ki, o, bu barədə “Rossiya-1” federal telekanalın efirində bəyan edib. Məlumatı “telegraf.news” nəşri yayıb.

 

“Bazar günü axşam” proqramında söhbət “Crocus City Hall” konsert salonunda baş vermiş terror aktı fonunda federal hakimiyyətdən onları unutmamaq xahişi ilə çıxış edən Belqorod sakinlərindən gedib. Solovyov onları “özlərini bloger kimi göstərən” “rəzil varlıq” adlandırıb.

 

“Özlərini bloger kimi göstərən çoxsaylı müxtəlif rəzil varlıqlar peyda olaraq deyir: 

 

“Budur, federal hakimiyyət Belqorodu unudub, insanlara kömək edin! Onların heç nəyi yoxdur, bu, dəhşətdir, insanlar özlərini atılmış hiss edir, bunu necə rəva bilirsiniz! Moskva gəzintiyə olarkən, Belqorod raketlərlə məhv edilir”.

 

Bu iyrənc isterika dərhal Ukraynanın nasist KİV-ləri tərəfindən yayımlanır”, – özünü telejurnalist kimi qələmə verən kəs bəyan edib.

 

Solovyov deyib ki, Belqorodda olub və müəyyən edib ki, dekabr ayında zirehli plyonka və sığınacaqlara bir milyard rubl ayrılıb.

 

“Ona görə də federal hakimiyyətin onları yalnız buraxdığı barədə iddia edənlərə demək istəyirəm: rəzillər, səsinizi kəsin!” – o, deyib.

 

Bundan sonra 2, 5 min Belqorod sakini “V kontakte” sosial şəbəkəsində “Solovyov Live” şousunun səhifəsində şərh yazıb.

 

O cümlədən teleaparıcıya şəhərə “bir saatlığa yolüstü gəlməyi yox, burada yaşamağı” təklif edib.

 

“Öz rahat studiyanızı Belqorod şəhərinə köçürməyi və həyəcan siqnalı altında işə gedib-gəlməyi, burada yatıb-durmağı təklif edirik…”

 

“Zəhmət olmasa, nümunə göstərin, raketlərin evlərə, mənzillərə, canlı insanlara  uçub gəlməsindən necə “isteriya keçirməmək olar?..”

 

“Yaxçısı budur ailəni də gətir, qoy bu hissləri o da yaşasın…”

 

“Mənə elə gəlir ki, iki atəşdən sonra o, başını tutub qaçacaq…” – sakinlər Solovyovun çıxışını belə şərh edib.

Mənbə

Share: