Paşinyan Xankəndindəki son mitinqin sülh prosesinə zidd olduğunu dedi…- Erməni nəşri

“Bizdə olan məlumata görə, bazar günü Stepanakertin Dirçəliş meydanında keçirilən çoxminlik aksiya Ermənistan hakimiyyətini ciddi şəkildə narahat edib. Xüsusən də mənbəmiz bildirir ki, mitinqdən sonra axşam saatlarında Nikol Paşinyanın sadiq komanda üzvləri ilə görüşdüyü hökumət bağ evində kifayət qədər izdiham yaranıb”.

 

Moderator.az xəbər verir ki, bunu “Past” nəşri yazır.

 

Qəzetin hökumət qurumlarındakı mənbəyinin məlumatına görə, Paşinyan qeyd edib ki, Qarabağda baş verənlər bilavasitə onların qəbul etdiyi “sülh prosesi” ilə ziddiyyət təşkil edir. Ermənistan baş naziri informasiya sahəsində Qarabağyönlü dalğanın yumşaldılması üçün çox mütəşəkkil addımlar atılmalı olduğunu vurğulayıb. 

 

“Nəticədə, artıq iki gündür ki, sosial şəbəkələrdə Artsax və Artsax xalqını hər cür gözdən salmaq və davam edən prosesi bir daha “vektorlaşdırmaq” olan anti-Artsax prosesi başlayıb.  Xüsusilə, hökumət istifadəçiləri mitinqi açıq şəkildə ələ salıblar, Qarabağ ermənilərini və mitinqin təşkilatçılarını tənqid ediblər” -erməni qəzeti belə yazır.

 

Sultan Laçın

Mənbə

Share: