Sənan Əhmədova şəhid ailəsi statusu verilməsinə RƏSMİ CAVAB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusunun verilməsi ilə bağlı müraciətinə təkrar baxılıb.

 

Bu barədə Modern.az-a şəhidin qardaşı Sənan Əhmədov məlumat verib.

 

S.Əhmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məsələ ilə bağlı yekun cavab göndərilib:

 

“İdarə Heyətinin sədr müavini Pərviz Səfərovun imzaladığı sənədə əsasən, Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 2.1.4-cü yarımbəndində nəzərdə tutulan şəhidin uşaq evində böyüyən bacıları və qardaşları, həmin qaydaların 2.1.6-cı yarımbəndinə əsasən əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək şəhid ailəsi üzvü hesab edilirlər”. 

 

Sənan Əhmədov isə qeyd edib ki, nə ev, nə maşın, nə də pul istəyib:

 

“Şəhid qardaşıma görə şəhid ailəsi statusu istədim, məni şəhid ailəsi hesab etmədilər”.

 

Mənbə

Share: