PKK Suriyada terror aktı törətdi – dinc sakinlər öldü

 

PKK terror təşkilatı Suriyanın şimalında terror aktı törədib.

Milletinsesi.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə “Barış Pınarı” əməliyyatının keçirildiyi ərazilərdə – Tel-Abyad rayonunda baş verib.

Məlumata görə, PKK yaşayış evlərindən birinə raket atıb. Nəticədə 2 dinc sakin həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb.

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, Tel-Abyad bölgəsi 2019-cu ilin oktyabrında Türkiyə ordusu tərəfindən keçirilən əməliyyatla PKK terrorçularından təmizlənib. Bununla belə, terrorçular vaxtaşırı olaraq ərazidə təxribatlar törətməyə cəhd edirlər.

Mənbə

Share: