Podolyak Danilovun istefasını şərh edib

“Prezident Zelenski öz komandasını gücləndirməyi bəyan edib, Danilovun istefası klassik rotasiyadır…”

 

“Ukraynanın möhkəmləndirilməsi və bütün istiqamətlərdə dövlət siyasətinin yenilənməsi davam etdiriləcək…”

 

Aleksey Danilovun Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edilməsi Ukraynada bir çoxlarını təəccübləndirən siyasi hadisədir.

 

Moderator.az xəbər verir ki, bu barədə “newsdaynews.ru” nəşri yazıb.

 

Danilovun yerinə prezifdent Litvinenkonu təyin etməsini Ukrayna prezidentinin Ofisi izah edib.

 

Belə ki, Ofis rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, Zelenski öz komandasını gücləndirməyi bəyan edib.

 

Rusiya ilə müharibənin müxtəlif mərhələlərində proseslərin dinamikasına ehtiyac var. Ona görə də Danilovla bağlı məsələ də klassik rotasiyadır, o, deyib.

 

“Bunlar adi kadr rotasiyalarıdır. Prezident bu barədə kifayət qədər çox danışıb, o, komandasını gücləndirəcəyini, dəyişəcəyini bəyan edib, ona görə ki, biz müharibənin uyğun mərhələlərindəyik və hər bir mərhələ poseslərin dinamikasını tələb edir”, – Podolyak izah edib.

 

Onun sözlərinə görə, ukraynalılar müharibənin üçüncü ilində proseslərdəki ətalətdən yorulub. Cəmiyyətə dövlətin bundan sonra da sərt rejimdə işləməsinə strateji hazırlığını göstərmək, təşəbbüslər təklif etmək gərəkdir”, – o, deyib.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının artıq sabiq katibi Aleksey Danilovun vəzifədən azad edilməsi cəmiyyəti şoka salıb. Qeyd edək ki, belə kadr siyasəti prezidentin səlahiyyətindədir.

 

Ukrayna prezidenti Vladimir Zelenski öz qərarını şərh edib. O, Aleksey Danilova fəaliyyətinə görə minnətdarlıq edib və onun başqa işə keçirilməsinə eyham vurub.

 

Eyni zamanda dövlət başçısı qeyd edib ki, Aleksandr Litvinenko yeni postunda öz vəzifələrini Ukrayna Təhlükəsizlik Xidmətində keçirdiyi illərdə qazandığı təcrübəsi ilə uzlaşdıracaq.

 

Prezident əlavə edib ki, kəşfiyyatın yeni rəhbəri vəzifəsinə müvafiq təcrübəyə malik olan Oleq İvaşşenko təyin edilib.

 

“Bütövlükdə mən dövlətimizin milli təhlükəsizliyinin asılı olduğu proseslərin proqnozlaşırılması və onlara təsir edilməsini gözləyirəm”, – Zelenski vurğulayıb.

 

Dövlət başçısı deyib ki, Ukraynanın möhkəmləndirilməsi və bütün istiqamətlərdə dövlət sisteminin yenilənməsi davam etdiriləcək”.

Mənbə

Share: