Polis “Prius”da sərnişinin bıçaqlanması görüntülərini araşdırır

 

“Sosial şəbəkələrdə avtomobildə sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər barədə məlumatlıyıq, araşdırma aparılır”.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd edək ki, hadisə Bakı-Sumqayıt avtomobil yolunda qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı minik avtomobilindəki sərnişin bıçaqlandıqdan sonra hərəkətdə olan maşından düşərək hadisə yerindən uzaqlaşmağa çalışır.

Mənbə

Share: