Polşa rusları ATƏT-in iclasına buraxmayacaq 

Polşa Rusiya nümayəndə heyətini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iclasına buraxmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina məlumat verib.

 

Bildirilir ki, Rusiya diplomatlarına dekabrın 1-2-də Lodzda keçiriləcək ATƏT iclasında iştirak etmək üçün viza verilməyəcək.

 

“Biz onlara viza vermirik”,  Jasina bildirib.

 

Akif İsmayılov 

Mənbə

Share: