Poroşenko yenidən Ukrayna prezidenti postu uğrunda mübarizə aparacaq

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko növbəti prezident seçkisində namizədliyini irəli sürmək niyyətindədir.

 

Bu barədə ukraynalı siyasətçi “Al-Jazeera” telekanalına müsahibəsində bəyan edib.

 

“Növbəti seçkidə iştirak etməyi planlaşdırmağım barədə soruşursunuzsa, bəli”, – deyə o bildirib.

 

Poroşenko, eyni zamanda, qeyd edib ki, seçkinin keçirilməsi üçün Ukrayna müharibədə qalib gəlməlidir.

Mənbə

Share: