Prezidentə Qazaxdan şikayət

Prezident Adminstrasiyasına

Prezident İlham Əliyev cənablarına

 

Qazax şəhər sakini Əzimov Eldəniz Yusif oğlu tərəfindən

Ərizə

Hörmətli cənab Prezident!

Mən Qazax icra başçısı Rəcəb Babaşov haqqında Sizə və Mehriban Xanıma video müraciət etdikdən sonra Rəcəb Babaşov tabeçiliyində olan bütün şəxsləri ayağa qaldırıb mənimlə siyasi və inzibati mübarizə aparır. Hətta birazda irəli gedərək mənim 22 illik sevərək gəzdirdiyim Ulu Öndərimizin imzasıyla olan YAP sıralarından çıxarılmağımı tələb edir.

https://www.youtube.com/watch?v=FZCMx5-eKRo Burada mənim video müraciətim. Mən heç kimi təhqir etmədən mövcud ictimai problemləri danışıram.

https://goyezen.az/manset/6342-qazaxda-ziyalilar-ve-ictimaiyyet-numayendeleri-eldeniz-ezimov-baresinde-ciddi-tedbir-gorulmesi-ucun-olke-prezidentine-muraciet-edibler.html – Babaşov barəsində prezidentə müraciət etdiyim üçün konfrans toplantı edirlər.

Mən həmişə YAP ideologiyasını yaxşı anlamışam sadiq olmuşam və hər yerdə müdafiə etmişəm. Bu birinci hal deyil və Rəcəb Babaşov 6 il iş ərzində uzun illər YAP – ideologiyasına sadiq olan bir sıra qadın və kişiləri işdən çıxarmışdır və ya YAP sıralarından məsələ qaldırmışdır ki YAP – dan çıxarılsın. Rəcəb Babaşovun buna mənəvi haqqı yoxdur və Rəcəb Babaşovun özü YAP iqtidarına və YAP ideologiyasına tamamilə zidd olan hərəkətlər edir. Özünü əsl Dövlət adamı kimi deyil avtoritet mafioz kimi aparır. Hətta onun yağışlı havada çətir tutanıda var. Rəcəb Babaşov uzun illər YAP qadınlar şurasının sədri baxça müdirəsi Nəzakət xanımı heç bir ciddi əsas olmadan işdən çıxarmışdır. Nəzakət xanım pensiyasına 3 – 4 il qalmış işdən çıxarılmasını Qazax ictimayyəti birmənalı qarşılamadı. Qadın indi maqazində satıcı işləyir. YAP Gənclər təşkilatının sədri olub Asya xanımı işdən çıxarır idarələrin önündə gözüyaşlı qoymuşdur. Bu günlərdə İcra hakimiyyətində işləyən çox aristokrat və mədəni YAP sevdalısı Amid müəllimi işdən çıxarıb.

Hörmətli cənab Prezident!

Xahiş edirik Rəcəb Babaşovu bir yolla durdurun! Qazaxlıların canını Babaşov bəlasından qurtarın.

16.04.2022  Eldəniz Əzimov

Share: