Prezident Musa Yaquba ev verdi

Prezident İlham Əliyev xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə Milletinsesi.az-a Musa Yaqub özü məlumat verib. O bildirib ki, mənzil 5-6 gün bundan əvvəl təqdim olunub:

“Ev üç otaqlıdır, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşir. Bina yeni tikilir deyə, mənzil təmirsizdir. Hazırda yaşadığımız ev 20-30 il əvvəl Yazıçılar İtttifaqı tərəfindən verilmişdi. Ev 2 otaqlı olduğu üçün darısqal idi. Sağ olsun dövlətimiz, prezidentimiz, maraqlandı və yeni mənzil verdi.

Qismət olsa, təmirdən sonra ailəvi olaraq köçüb orada yaşamağı düşünürük. Çox seviniriəm. Ölkə başçısına verdiyi qiymətə görə təşəkkür edirəm”.

M.Yaqub onu da əlavə edib ki, Milli Məclisin üzvü olduğu vaxt ona mənzil verilməmişdi.

Qeyd edək ki, 10 may 1937-ci il təvəllüdlü M.Yaqub hazırda parkinson xəstəliyindən əziyyət çəkir.

 

Share: