Prezidentdən icra başçısı ilə bağlı – Sərəncam

Prezident İlham Əliyev İsmayıl Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısıdır. Sabah onun 60 yaşı tamam olur.

 

Share: