“Priqojin Jirinovskinin ritorikasını xatırladır, lakin baş vaqnerçi hər şeyi ciddi olaraq edir…”

Priqojin Navalnının təsirindən siyasi partiya yaradacaq

 

“Priqojin vətənpərvərlik və dövlətçilik şüarları altında rusiyalı məmur və biznesmenləri tənqid edərək mühafizəkar hərəkat, sonradan partiya yaratmaq niyyətindədir…”

 

“O, hərbi uğursuzluqlara görə cəmiyyətdə revanşist qisas hissini yeritməyi planlaşdırır…”

 

“Priqojin postputin hökumətinə qarşı üsyan qaldırmağa cəhd edə bilər…”

 

“Vaqner qrupu” özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin son zamanlar ictimai məkanda getdikcə daha tez-tez görünərək Rusiya elitasını tənqid edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Meduza” portalı yazıb.

 

Nəşr Kremlə yaxın olan mənbələrə və Priqojinin özünə istinadən qeyd edir ki, “elitaəleyhinə ritorika” təsadüfi deyil. Biznesmen “vətənpərvərlik və dövlətçilik” anlayışlarına stavka edərək, rusiyalı məmur və biznesmenlərin daimi tənqidi ilə məşğul olacaq “mühafizəkar hərəkat” yaratmaq niyyətindədir. Sonradan hərəkat siyasi partiya ola bilər.

 

Nəşrin mənbələrinin sözlərinə görə, Priqojində belə ideya o cümlədən korrupsiya barədə müntəzəm olaraq araşdırmalar dərc edən Aleksey Navalnının komandasının fəaliyyətini  müşahidə etdikdən sonra yaranıb.

 

“Priqojin tez qavrayır və tez öyrənir. O, özünü bərabərlik tələb edən xalqın içindən olan adam kimi təqdim edə bilər”, – bunu “Meduza”nın həmsöhbətlərdən biri bəyan edib. “Antielit” ritorikasından başqa, Priqojin “revanşist” gündəlikdən də istifadə etməyi- “hərbi uğursuzluqlara görə qisas hissinin yeridilməsini” planlaşdırır.

 

Hərəkatın yaradılmasında  Priqojinə Vladimir Putinə yaxın olan və sahibkarı yanlarında “balaca tərəfdaş” kimi saxlayan biznesmenlər Kovalçuk qardaşları yardmçı olacaq. Hazırda onlar Peterburqun qubernatoru Aleksandr Beqlovla mübarizə üçün ondan istifadə edir.

 

Nəşrin Kremlə yaxın  mənbələrindən birinin izah etdiyi kimi, Priqojin Kovalçukların əlində alətdir və onlar öz növbəsində Putinə nümayiş etdirmək istəyir ki, “ölkənin siyasətində başlıca operatorlar”dan biri ola bilər. Onun sözlərinə görə, Priqojinin köməyilə onlar “vətənpərvər seqmentdə” işləyərək, “elitanı qorxudur və demoralizə edir ki, o, “prezidentdən kənara çəkilməyi ağlından belə keçirməsin”.

 

“Anlamaq lazımdır ki, bu layihə eyni zamanda hakimiyyəti hər şeydə dəstəkləməyən və elita, məmurlar və biznesə tənqidi yanaşan ultravətənpərvər çoxluğa bel bağlayır”, – bunu nəşrin həmsöhbətlərinin biri qeyd edib və əlavə edib ki, Priqojinin artan təsiri artıq bəzi yüksək vəzifəli güc strukturları nümayəndələrini narahat edir.

 

Politoloq İvan Preobrajenskinin fikrincə, Priqojin müəyən şəraitdə Vladimir Jirinovskinin ayditoriyasında populyar ola bilər: “Bu, kiçik depressiv şəhərlərin Rusiyası, peşə texniki məktəblərin şagirdləri və nəhəng sosial qrup spesifik həbsxana şüurunun daşıyıcılarıdır”.

 

Bu zaman politoloq Konstantin Kalaçev öz növbəsində qeyd edib ki, Priqojin artıq Jirinovskinin ritorikasını xatırladan ritorikadan istifadə edir. Lakin əgər o, “aktyor kimi rol  oynayıbsa”, “Vaqner qrupu” özəl hərbi şirkətin yaradıcısı “hər şeyi ciddi olaraq edir”: “Sarsılmış cəmiyyətdə nasional-populizm hoqqabazlıq kimi başlayıb, indi isə hər şey böyüklər kimi, maksimal ola bilər”.

 

Lakin politoloq Abbas Qallyamovun sözlərinə görə, Priqojinin rusiyalllara təklif etməyə bir şeyi yoxdur, çünki onun ideologiyası ən çox əvvəlki siyasi kursa- Rusiyanın “antiQərb” olmasına əsaslanır. Lakin bu kurs iflasa uğrayıb. “Aydındır ki, Putin bunun öhdəsindən gəlməyibsə, onun “aşpazı”nın tutmağa bir şeyi yoxdur”, – Qallyamov hesab edir.

 

Onun sözlərinə görə, Ukrayna müharibəsində məğlubiyyət kölgəsi Priqojini də örtrəcək, “güclü lider”dən isə rusiyslılar “boğaza yığılıb”. “Priqojinin əsas şansı elektoral siyasətlə deyil, onun postputin hökumətinə qarşı “Ukrayna ilə Rusiya üçün əlverişli olmayan müqavilə imzalanacağı halda” üsyan qaldırmağa cəhd edə biləcəyi ilə bağlıdır”, – Qallyamov deyib. Çoxluğu öz tərəfinə çəkməyə nail ola bilməsə də, o, ölkəni parçalamağa cəhd edəcək və rusiyalılara bir neçə “zamansızlıq” illərini “bağışlayacaq.

Mənbə

Share: