Putin baş separatçı Arayik Arutyunyanı qəbul edib?..-İrəvanda “Dvin” otelində…

Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin Ermənistanda olarkən onunla Azərbaycan torpağında Rusiya hərbi kontingentinin himaysində bəslənən baş separatçı-terrorçu Arayik Arutyunyan da onunla görüşüb.

 

Moderator.az xəbər verir ki, bu haqda  “Johovurd” qəzeti öz mənbələrinə istinadla yazır.

 

“Görüş “Dvin” otelində baş tutub. Bu o deməkdir ki, Rusiya Federasiyası Vladimir Putin səviyyəsində Arayik Arutyunyanı Artsaxın lideri kimi qəbul edir və ona güvənir, baxmayaraq ki, Artsaxda yeni dövlət naziri – Ruben Vardanyan var. Əldə etdiyimiz məlumata görə, görüş Vladimir Putin – Arayik Arutyunyan formatında baş tutub”, – deyə erməni nəşri bildirir.

 

Bu məlumatı dəqiqləşdirmək üçün “Johovurd” separatçı rejim başçısının Xankəndindəki ofisinə müraciət edib. orada görüş haqqında şayiələri kəskin şəkildə təkzib ediblər.  Qondarma qurumdan bildiriblər ki,  Arayik deyilən günlər  Qarabağda olub və qəzetin aldığı məlumat doğru deyil, belə bir görüş olmayıb.

Mənbə

Share: