Qərbin Ukrayna ilə birgə hərbi blok yaratmaq təşəbbüsünün həyata keçirilməsi mənfi nəticələrə səbəb olacaq.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Donetsk Xalq Respublikasının (DXR) lideri Denis Puşilin TASS-a müsahibəsində bildirib.
Qərbin Ukrayna ilə yeni hərbi ittifaq yaratmaq planlarına münasibət bildirmək istədikdə o, belə cavab verib: “Mən bunu yeni mənfi reallıqlar yaradacaq mənfi hadisə kimi qiymətləndirirəm”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin ortalarında Qərb ölkələrinin Ukrayna ilə hərbi ittifaq yaratmaq imkanlarını araşdırdığını bildirib.


