Qətl törədən Rəşad Dağlı Qaradağ Rayon Məhkəməsinə gətiriləcək

Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində hazırlanan təqdimat Qaradağ Rayon Məhkəməsinə daxil olub.

Həbs qətimkan tədbirinin seçilməsi üçün iş hakim Teymur Quliyevin icraatına verilib.

Yaxın saatlarda təqdimata baxılacağı və cinayəti törətməkdə şübhəli bilinən Rəşad Dağlının Qaradağ Rayon Məhkəməsinə gətiriləcəyi gözlənilir.

16:05

“İki gündür Rəşadla əlaqə saxlamağa çalışıram, amma alınmır. Axşam yanına yemək aparmaq istədim, dedilər ki, artıq gətiriblər”.

Bu sözləri Qaradağ Rayon Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında Rəşad Əmirovun (Dağlı) dostu Ataş Hüseynov deyib.

O bildirib ki, hadisədən bir gün əvvəl məclisdə olub:

“Mən o məclisin görüntülərini də paylaşmışam. Biz bilmirik ki, mübahisə məclisdə yaranıb, ya məclisdən sonra. Əsas bildiyimiz odur ki, vəkili də yanına girə bilmir. Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşları bildirdilər ki, nə vəkilinin, nə də başqasının Rəşadla görüşməyinə icazə vermirlər. Bu hadisə ilə bağlı Rəşad heç kimə heç nə demədi. Nə qardaşı, nə də mən bilməmişik ki, belə bir hadisə üçün gedir. Bilsəydik, biz qoymazdıq o getsin. Rəşad idmançı olub, əli-qolu güclü olub. Heç vaxt üstündə bıçaq gəzdirməzdi. Bir problem olsa, dalaşardı, mən düşünürəm ki, o özünü müdafiə edib. Amma hər şey yekun araşdırmadan sonra bəlli olacaq”.

Mənbə

Share: