“Qarabağ” çexiyalı qapıçı ilə maraqlanır

“Qarabağ” heyətinə yeni futbolçu cəlb edə bilər.

Qol.az-ın  Şotlandiyanın “The Scottish Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, Ağdam klubu Şotlandiyanın  “Sent Mirren” klubunun qapıçısı Vaçlav Xladki ilə maraqlanır. Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan çempionunun onu komandanın bir nömrəli qapıçısı kimi almaq istədiyi vurğulanıb. Xəbərdə “Qarabağ”ın çexiyalı qapıçını  bir müddətdir izlədiyi və onu almaq üçün maddi cəhətdən problem yaşamayacağı bildirilib.

Xladki ilə Ağdam təmsilçisi ilə yanaşı, Moskva “Spartak”ı və İngiltərənin iki klubunun da maraqlandığı iddia olunub. Ancaq “Qarabağ”ın təklif etdiyi məbləğin onun Şotlandiya klubundakı maaşından çox olduğu qeyd olunub. Bu təklifi rədd etməyin çətin olacağı da xəbərdə vurğulanıb.

Qeyd edək ki, Xladki  Şotlandiyada pley-off-da “Dandi Yunayted”lə matçda penaltilər seriyasında üç zərbəni dəf edib.

Share: