“Qarabağ” klub rekordunu təkrarlayıb

“Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

Komanda Azərbaycan çempionatının 2022/2023 mövsümündə 26-cı qələbəsini qazanaraq bunu reallaşdırıb.

Qurban Qurbanovun yetirmələri XXXIII turda “Qəbələ” ilə ev görüşündə 3:0 hesablı qələbə qazanıblar.

Bölgə təmsilçisi buna qədər ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/2016 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” yeddi ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.

Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.

Mənbə

Share: