“Qarabağ” məni satmaq istəmirsə…” – Zubir

“Gözlədiyim kimi asan oyun olmadı. Rəqib bizi arxa xəttdə qarşıladı. İlk qoldan sonra daha çox boşluqlar tapdıq və öz oyunumuzu sərgiləməyə başladıq”.

Milletinsesi.az-ın Qol.az-a istinadən məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.

27 yaşlı yarımmüdafiəçi Fransanın “Genqam” klubunun onunla maraqlanması xəbərlərinə də münasibət bildirib: “Mən “Qarabağ”ın futboluçusuyam. Bu klubla müqaviləm var. Məni satmaq istəmirlərsə, bu, klubun öz işidir. Danışmağım düzgün olmaz. “Qarabağ”da özümü xoşbəxt hiss edirəm”.

A.Zubir Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə cavab görüşü haqda danışıb: “Rəqib sadə komanda deyil. İlk matçda bizim və rəqibin çoxlu qol epizodları oldu. Hesab 1:3 olsaydı, daha çətin olardı. Cavab qarşılaşmasında özümüzə inanırıq”.

Share: