“Qarabağ” – “Molde” oyununun hakimləri açıqlanıb

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsində Norveçin “Molde” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sentyabrın 21-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

“Qarabağ” – “Molde”

21 sentyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45

Baş hakim: John Beaton

Baş hakimin köməkçiləri: Daniel McFarlane, Douglas Potter

Dördüncü hakim: Matthyu MacDermid

VAR: Nicolas Valsh

AVAR: Steven McLean

Mənbə

Share: