Tolik də tələbə oldu – Siyasətçi olmaq istəyir

 

Tanınmış prodüser və aparıcı Tarix Əliyev (Tolik ) tələbə adını qazanıb. Belə ki, T.Əliyev İstanbul Universiteti “Siyasət bilimi və kamu yönetimi” fakültəsinin tələbəsi olub.

Millətin Səsi.az xəbər verir ki, “AzEdu”ya danışan Tarix Əliyev ali məktəbdə oxumağa niyə gec qərar verdiyindən söz açıb.

“Mən 11 -ci sinifdən sonra ali təhsil almamışam. Əgər oxusaydım da, jurnalistika,  ya da başqa bir sahəni seçəcəyimi düşünmürdüm.  Ümumiyyətlə, bir az qərarsız adamam. Mənim siyasətə çox böyük marağım var. 2022-ci ildə Almaniyada yaşayanda burada siyasətçilərin tədbirlərində iştirak edirdim.

Şou-biznes nümayəndələrindən fərqli olaraq siyasətə meyilliyəm. Düşündüm ki, mütləq bu sahədə təhsil almalıyam. Bəzi aparıcılar kimi 80 yaşına qədər televiziyada qalıb insanları bezdirmək istəmirəm. Bir neçə xarici ölkə təcrübəsindən də görürük ki, siyasətçilər əvvəl biznesmen olurlar, daha sonra siyasətə gəlirlər.

Onların kütləsi və pulları olduğuna görə yüksək mövqe tuta biliblər. Əgər mən ölkəmdə tanınıramsa, mövqeyim bəllidirsə və dövlətimi sevirəmsə, ona görə bu sahəni oxuyub hansısa Qeyri-Hökümət Təşkilatı aça bilərəm, yaxud  ona rəhbərlik edərəm. Düşünürəm ki, bu, heç də pis olmaz”, – o deyib.

Mənbə

Share: