“Qarabağ münaqişəsi artıq tarixdir” – İlham Əliyev

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb. Bugünkü görüş regional məsələlərə həsr olunub. Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.

 

Modern.az xəbər verir ki, bunu Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.

 

Dövlət başçısı görüş zamanı bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdir.

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsipi irəli sürüb, bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.

 

Akif İsmayılov

Mənbə

Share: