“Rusiya dünyada əsas ərzaq məhsullarının qiymətinin kəskin artmasına rəvac verib”

“Rusiyanın qərarı dünyanın taxıl bazarlarında şok yarada, ərzaq inflyasiyasını gücləndirə və aclığı dərinləşdirə bilər…”

 

“Taxıl sövdələşməsi”nin pozulması gübrə ixtacının əsas marşrutunu təhlükə altına qoya bilər…”

 

Rusiya şənbə günü özünün donanmasına işğal edilən Sevastopol buxtasında pilotsuz uçuş aparatlarının hücumu səbəbindən “taxıl sövdələşməsindən çıxandan sonra dünyada buğdanın müqavilə qiymətləri kəskin şəkildə artıb.

 

Bu gün Çikaqoda buğdanın qiyməti 7, 7 faiz, qarğıdalının qiyməti 2, 8 faiz, soya yağının qiyməti isə təxminən 3 faiz bahalaşıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” maliyyə agentliyi məlumat yayıb.

 

Mütəxəssislərin dəyərləndirmələrinə görə, Rusiyanın qərarı dünyanın taxıl bazarlarında şok yarada, ərzaq inflyasiyasını gücləndirə və aclığı dərinləşdirə bilər.

 

“Taxıl ixracı barədə sazişin potensial olaraq itirilməsi, ehtimal ki, taxılın bundan sonra qiymətinin artırılmasına gətirib çıxaracaq”, – bunu Avstraliyanın “Episode 3” konsaltinq şirkətinin təsisçisi və rəhbəri Endrü Uaytlou bəyan edib və əlavə edib ki, “başqa ölkələr, tam olmasa da, boşluğun bir hissəsini dolduracaq”..

 

“Bloomberg” qeyd edir ki, üç ay öncə Ukrayna limanlarının blokadan çıxarılması və taxıl dəhlizinin açılmasından sonra Ukrayna 9 milyon ton taxıl və digər aqroməhsullar yükləyib, qarğıdalı və buğdanın qiymətləti normallaşıb. 

 

Sazişin qüvvədə olma müddəti noyabrın 19-da bitir, lakin rusiyalı məmurlar erkən qüvvədən salmaq qərarı verib.

 

“Qara dəniz regionunun payına buğda və arpa ixracının dörddə bir hissəsindən çoxu, qarğıdalı tədarükünün beşdə bir hissəsi və günəbaxan yağı tədarükünün əsas hissəsi düşür.

 

“Taxıl sövdələşməsinin” vaxtından əvvəl pozulması fermerlərin bol məhsul yetişdirmək üçün bel bağladığı gübrə ixracının əsas marşrutunu təhlükə altına qoya bilər”, – nəşr yazır.

 

Xatırladaq ki, şənbə günü, oktyabrın 29-da, Rusiya Sevastopolda hərbi gəmilərinə Ukrayna dronları ilə hücumu barədə məlumat yayıb və bunu bəhanə edərək, taxıl sazişində iştirakını dayandırdığını bəyan edib.

 

“Taxıl sövdələşməsi” İstanbulda iyulun 22-də Ukrayna, Türkiyə və Rusiya arasında BMT baş katibi Antoniu Quterrişin iştirakı ilə bağlanıb. Sövdələşmənin müddəti 120 gündür.

Mənbə

Share: