Qarajda toz basmış avtomobil fantastik qiymətə satışa çıxarılıb

ABŞ-da 1960-cı il istehsalı olan nadir “Mercedes-Benz 300 SL Roadster” 1,095 milyon dollara satışa çıxarılıb.

Avtomobilin sahibi vəfat etdikdən sonra maşın 1980-ci ildən qarajda istifadəsiz qalıb.

60 illik avtomobil sahibinin qohumları tərəfindən qarajda toz basmış halda tapılıb.

Qeyd olunur ki, “Mercedes-Benz 300 SL Roadster” 1960-cı ildə cəmi 249 ədəd istehsal edilmişdi.

Share: