Qaxda 1 ton 700 kq çətənə kolu məhv edildi

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 700 kiloqram olan 5431 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib

Share: